13 yaşlı "uşaq gəlin" toyuna hazırlaşarkən bibisi oğlunun təcavüzünə məruz qalıb.
Dəhşətli hadisə 13 yaşlı qızın toyu ərəfəsində baş verib. Ailəsi isə qızın bibisi oğlunun təcavüzünə məruz qaldığını öyrənib və bunu ört-basdır edib.
Çünki təcavüz hadisəsi iki ailə arasında qisasa qisas kimi baş verib. Belə ki, bundan əvvəl təcavüzə məruz qalan qızın atası öz bacısının qızına təcavüz edib. Bacısı oğlu da bunun qısasını dayısının qızından alıb.
Qızına bacısı oğlu tərəfindən təcavüz edildiyini öyərənən ata hadisədən bir il sonra qızını başqa biri ilə evləndirib. Gənc qız isə həyat yoldaşına bakirəliyini uşaqkən atasının fiziki zorakılığına məruz qaldığına görə itirdiyini deyib. Buna baxmayaraq, gənc qız davamlı olaraq həyat yoldaşının ağır ittihamları ilə qarşı-qarşıya qalıb. Belə ki, ər günü-gündən həyat yoldaşına şübhə ilə yanaşmağa başlayıb. O, hətta qadına yeni doğulan uşaqlarını əmizdirməyə icazə verməyib. Bütün bunlara dözə bilməyən qadın atasına təcavüzə məruz qaldığını hər kəsə etiraf edəcəyini deyib. Ancaq ata buna razı olmayıb. Öz əməllərinin də üsütünün açılacağından ehtiyatlanan ata oğluna silah verərək qızını öldürməyi tapşırıb. Qardaş isə bacının öldürməyə qıymayıb və silahı bacısına verib. 14 yaşlı qız isə həmin silahla ona təcavüz edən bibisi oğlunu işgəncə verərək öldürüb. Daha sonra isə onun cəsədini yandırıb. Atasını da öldürməyə çalışan qız elə hadisə yerində həbs olunub. Qəsdən və xüsusi amansızlıqla adam öldürməkdə ittiham olunan gənc qız 37 il müddətində azadlıqdan məhrum edilib.
//Teleqraf.com