Şok iddia! Məkkəni bombalamaq planı olub

DÜNYA
07:43 30.01.2013
1786
“Bəşər Əsədə bağlı qüvvələr 25 oktyabr 2012-ci ilə təsadüf edən keçən həcc mövsümündə Səudiyyə Ərəbistanının Məkkə şəhərində kütləvi partlayış törətmək istəyib”. Bu iddianı Suriyadan Səudiyyə Ərəbistanına sığınan sabiq yüksək rütbəli hərbçi səsləndirib. Bu iddiaya görə, rəsmi Dəməşq bu əməliyyatı Ciddə şəhərində olan “Hizbullah” təşkilatı ilə kordinasiyalı olaraq həyata keçirməliydi.O vaxt Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki konsulluqda işlədiyini deyən İmad əl Haraki “əl Həyat” qəzetinə verdiyi müsahibədə özünün də bu əməliyyata cəlb edildiyini, bu işin axırında ona Suriyada lüks həyat vəd edildiyini deyib. “Taylanadda ailəmlə birlikdə tətildə idim. Konsulun köməkçisi zəng vuraraq Məkkədə keçiriləcək əməliyyatda fiziki olaraq iştirak edəcəyimi, bundan sonra Suriyada lüks həyat yaşayacağımı dedi”.Əl Haraki konsulun köməkçisi Şövqi Şamatın, partlayışın 3 milyon zəvvarın Ərəfat dağında olduğu 25 oktyabr günü həyata keçirilməsi üçün əmr alması barədə məlumat verdiyini deyib. Əl Haraki plandan iki gün əvvəl Səudiyyə rəsmilərini bu barədə xəbərdar etdiyini, 25 oktyabr günü Ciddədəki konsulluqda işləyən 3 diplomatın deportasiya edildiyini deyib. Qeyd edək ki, rəsmi Riyad bu deportasiya barədə açıqlama verməmişdi.İmad əl Haraki məlumatı Səudiyyə rəsmilərinə onun ötürdüyünü rəsmi Dəməşqin öyrəndiyini, bundan sonra Səudiyyə Ərəbistanından siyasi sığınacaq tələb etdiyini, bu istəyinin təmin edildiyini bildirib.

OXŞAR XƏBƏRLƏR