Bu gün səhər saat 8:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın edilib.
AZXEBER.COM telegram kanallarına istinadən xəbər verir ki, hücum dəf edilərkən Azərbaycan hüquq-mühafizə orqanlarının səfirliyin mühafizəsinə cavabdeh olan əməkdaşı qəhrəmancasına həlak olub, daha bir nəfər isə yaralanıb. Hazırda Azərbaycan tərəfi təcili araşdırma aparır və əlavə məlumat veriləcək.