Son zamanlar neqativ enerjilərin olmasına səbəb nədir? - Türkiyəli astroloq açıqladı

MARAQLI
14:25 06.04.2024
220
Son zamanlar Qoç bürcündə günəş tutulmasının baş verməsi səbəbilə həm münasibətlərdə, həm də işdə bir sıra dəyişikliklər yaşanır. 

AZXEBER.COM xəbər verir ki, günəş tutulmasının neqativ təsirləri ay sonuna qədər davam etsə də,ən əsas aktivlik müddəti 6,7,8,9,10 aprel tarixlərində baş tutacaq. 

Türkiyəli astroloq Mine Ölmez bu barədə verilişlərin birində danışıb: 

"Bu tutulma bir çoxlarına mənfi təsir etsə də, özünü daim inkşaf etdirənlər üçün özlərinə dərs çıxardacaqları bir dönəm olacaq. Qoç bürcündə olanların həyatında bu tutulma xeyli müsbət dəyişimlərlə nəticələnə bilər. Fürsətləri dəyərləndirməklərində fayda var. 

Bu dönəmdə gizli tutulan bəzi mövzular gün üzünə çıxacaq. Yaşayacağınız bəzi hadisələrin nəticəsində "Bunu yaxşı ki, yaşadım” deyəcəksiniz. 

Zəif nöqtələrinizi daha tez kəşf edəcəksiniz.  Həyatınzıda sizə mənfi təsir edən hərşeyi daha tez fərq edəcəksiniz. 

Həmişə fikirlərini pozitiv tutan Qoç bürcü nümayəndələri növbəti 6 ay müddətində daha çox inkşaf edəcəklər. Bir neçə vaxtdır, üzgün hiss edirsinizsə, hamısı sizin bir sonraki zamanda daha yaxşı olmağınız üçündür. 

Hazırda münasibətdəsinizsə bu münasibət zərər görə bilər. Əgər bu dönəmdə həyatınzıdan biri çıxsa , demək ki, bu sizin üçün bir xəbərdarlıqdır. O insan gələcəkdə sizin həyatınızda olmayacaq. Və ya əksinə bu müddət ərzində həyatınıza kiminsə daxil olsa, qalıcı olması böyük ehtimaldır”. 

Oksana

OXŞAR XƏBƏRLƏR