Soyğunçuluq edən şəxs saxlanıldı

Soyğunçuluq edən şəxs saxlanıldı
KRİMİNAL
14:14 20.10.2025
119
Soyğunçuluq edən şəxs saxlanılıb.

AZXEBER.COM xəbər verir ki, oktyabrın 17-də gecə saatlarında paytaxtın Xəzər rayonu Binə qəsəbəsi ərazisində taksi fəaliyyəti ilə məşğul olan bir şəxsin mobil telefonu və pul vəsaiti tanımadığı şəxs tərəfindən açıq talama yolu ilə ələ keçirilib.
 
Zərərçəkənin şikayəti əsasında Xəzər RPİ əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən paytaxt sakini 31 yaşlı E.Əliyev müəyyən olunaraq saxlanılıb. 

Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR