"Soyunmağa qorxuram" - Azərbaycanlı aparıcı - FOTO

MAQAZİN
11:33 26.06.2014
5767
“Başqa ölkələrdə isə bununla bağlı problemim olmur”.
Aparıcı Zemfira Adıgözəlova ekzotik səyahətə hazırlaşır.
AZXEBER.COM axşam.az-a istinadən xəbər verir ki, o, dincəlmək üçün uzaq bir ölkə seçəcəyini deyib:
“İşlərimi yarımçıq qoymuşam, istirahətə hazırlaşıram. İnsanların seyrək olduğu, ekzotik bir ölkəyə gedəcəm. Rahat soyunub, istədiyim kimi günəş vannası qəbul etmək istəyirəm. Azərbaycanda dənizə getmirəm. Çimərlik geyimi geyinməkdən qorxuram, çünki yarıçılpaq fotolarımı çəkib, sosial şəbəkədə yayacaqlar deyə ehtiyat edirəm. Hətta Türkiyədə də sərbəst soyuna, dənizə girə bilmirəm. Başqa ölkələrdə isə bununla bağlı problemim olmur”.
Z.Adıgözəlova həmçinin sentyabrdan yeni verilişinin yayımlanacağını deyib.
OXŞAR XƏBƏRLƏR