İlon Maska məxsus kosmik nəqliyyat şirkəti "SpaceX” tərəfindən Crew-7 missiyası çərçivəsində kosmosa göndərilən astronavtlar Beynəlxalq Kosmik Stansiyada (BKS) 6 aylıq missiyalarından sonra Yerə qayıdıblar.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, "Space.com” saytında yer alan xəbərə görə, Crew-7 missiyası çərçivəsində kosmosa gedən 4 astronavt saat 05:50-də ABŞ-nin Florida ştatının Pensacola sahilləri yaxınlığındakı Meksika körfəzinə eniş edib.
İçərisində amerikalı astronavt Jasmin Moghbeli, danimarkalı astronavt Andreas Mogensen, yapon astronavtı Satoşi Furukava və rusiyalı kosmonavt Konstantin Borisovun enişi canlı yayımlanıb.
Yer orbitində 199 gündən sonra geri qayıdan ekipajın bir sıra sağlamlıq yoxlamalarından keçəcəyi bildirilir.
Gülay