ÜST-dən koronavirus peyvəndi ilə bağlı YENİ AÇIQLAMA

SAĞLAMLIQ
17:06 28.09.2023
404
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mövcud Covid-19 peyvəndlərinin qorunması ilə bağlı açıqlama verib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, mövcud peyvəndlərin təhlükəsiz və təsirli olmağa davam etdiyini bildirən ÜST onların ciddi xəstəliklərin və ölümlərin qarşısını aldığını vurğulayıb.

Şimal yarımkürəsində qış mövsümündən əvvəl Covid-19 ilə bağlı narahatedici tendensiyaları görməyə davam etdiklərini ifadə edən Qebreyesus son 28 gündə xüsusilə Avropa və ABŞ-da Covid-19 səbəbiylə xəstəxanaya yerləşdirilmələrin və reanimasiyaya müraciətlərin artdığını söyləyib.

"Covid-19-un 2 il əvvəl olduğu kəskin böhran olmaya bilər, lakin bu, onu görməməzlikdən gələ biləcəyimiz demək deyil", - deyə Qebreyesus əlavə edib.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR