ÜST-dən meymunçiçəyi ilə bağlı gözlənilən açıqlama verildi

SAĞLAMLIQ
13:15 26.06.2022
613
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) "meymunçiçəyi" ilə mübarizə komitəsi belə nəticəyə gəlib ki, xəstəliyin yayılma miqyası hal-hazırda ictimai səhiyyədə beynəlxalq narahatlıq doğuran fövqəladə hal deyil.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bu barədə komitənin iclasının yekunları üzrə dərc olunmuş məlumatda deyilir.

"Bir neçə komitə üzvü fərqli fikirlər söyləsə də, komitə konsensus olaraq ÜST-nin Baş direktoruna xəstəliyin yayılmasının hazırkı mərhələdə ictimai səhiyyədə beynəlxalq narahatlıq doğuran fövqəladə hal kimi xarakterizə edilməməsini tövsiyə etmək qərarına gəldi", - sənəddə bildirilir

OXŞAR XƏBƏRLƏR