ÜST-dən Qəzza ilə bağlı bəyanat: "Uşaqlar aclıqdan ölə bilər"

ÜST-dən Qəzza ilə bağlı bəyanat: "Uşaqlar aclıqdan ölə bilər"
DÜNYA
12:45 07.03.2024
135
ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus Qəzzada uşaqların aclıqdan ölə biləcəyini deyib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, 30 mini keçən mülki itki ilə yanaşı, bölgədə gigiyena və aclıq problemləri də yaranıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus sosial media hesabında Qəzzada aclıq və buna görə uşaq ölümləri ilə bağlı paylaşım edib.

O, paylaşımında Qəzzada bombardmandan sağ çıxan uşaqların aclıqdan ölə biləcəyini deyib.

Qebreyesus bəyanatdan istifadə edərək Qəzzaya daha çox humanitar yardımın çatdırılmasının vacib olduğunu bildirib.

Ayşən
OXŞAR XƏBƏRLƏR