ÜST-dən XƏBƏRDARLIQ: Qəzzada qırğını dayandırın

ÜST-dən XƏBƏRDARLIQ: Qəzzada qırğını dayandırın
DÜNYA
10:31 22.12.2023
169
"İsrailin intensiv hücumları və blokadası altında olan Qəzza üçün qırğını dayandırmağa çağırırıq".
    
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bunu ÜST-nin baş direktoru Qebreyesus X sosial media platformasında deyib.
 
Təxminən 3 ayda Qəzzada çoxu qadın və uşaq 20 mindən çox insanın qətlə yetirilməsindən, 52 mindən çox insanın isə təhlükəli yaralanmasından danışmağın bəşəriyyət üçün rüsvayçı bir vəziyyət olduğunu vurğulayan Qebreyesus bu fikirləri deyib:
 
"Yer üzündə cəhənnəmə çevrilmiş bu yerdə (Qəzzada) qapalı qalanlar sonsuzdur. Dəhşəti yaşayır".

ÜST-nin baş direktoru Qəzzada 36 xəstəxanadan yalnız 9-nun qismən xidmət göstərdiyini xatırladaraq, "(Qəzzada) dağılmış bir səhiyyə sistemi var, şimaldakı bütün xəstəxanalar işlək vəziyyətdə deyil", - deyib.
 
Qəzzaya həyat qurtaran tibbi ləvazimatların çatdırılmasında problemlər olduğuna diqqət çəkən Qebreyesus bir çox insanın uzun illər davam edəcək ruhi travma yaşadığını ifadə edib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR