Dünyada koronavirusa yoluxanların sayı 8,86 milyonu ötüb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
ÜST-ün məlumatına görə, son sutkada dünyada COVID-19-a 152 mindən çox yoluxma qeydə alınıb.
Qeyd edilir ki, hazırda dünyada koronavirusa 8 860 331 yoluxma və 465 740 ölüm aşkarlanıb. Son sutkada aşkarlanan yeni yoluxma hallarının sayı 152 323-dür, COVID-19-dan ölənlərin sayı isə 4 025 nəfər artıb.