ÜST "omikron" ştamına görə maska ​​rejimini geri qaytarmağa çağırır

SAĞLAMLIQ
21:49 13.07.2022
238
Koronavirusun "omikron" ştamının yeni mutasiyaları bütün dünyada yayılmağa davam edir, buna görə də ölkələr pandemiya ilə mübarizə üçün maska ​​rejiminə qayıtmalıdırlar.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

ÜST rəhbəri koronavirusla mübarizə tədbirlərinə qayıtmağa çağırıb.

"Mən COVID-19 infeksiyasına yoluxma sayının artmaqda davam etməsindən narahatam. Yeni infeksiya epidemiyası onsuz da məşğul olan səhiyyə sistemlərinə və tibb işçilərinə əlavə təzyiq göstərir. Bundan əlavə, ölüm sayının artması məni narahat edir", - təşkilatın rəhbəri qeyd edib.

OXŞAR XƏBƏRLƏR