Qəzzada xəstəxanalar İsrailin blokadası və intensiv bombardmanları səbəbindən fəaliyyətsiz hala düşüb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bölgədəki son vəziyyəti bölüşüb.
"Yalnız 4 xəstəxana minimum səviyyədə işləyir və çox məhdud yardım göstərir" deyə ÜST-nin direktoru Qebreyesus bildirib.
Qebreyesus Qəzzanın şimalında cəmi 4 xəstəxananın minimum səviyyədə fəaliyyət göstərdiyini bildirib. Bu xəstəxanalarda qayğının "çox məhdud" olduğu barədə xəbərdarlıq edib.
Qebreyesus qeyd edib ki, əməliyyat, yaralıların müalicəsi və doğum edən qadınlara dəstək üçün bu iki xəstəxanaya dərman, zərdab və digər tibbi ləvazimatlar paylanılıb.
Ayşən