Stoltenberq: NATO üzvlərinə qarşı hər hansı təcili hərbi təhlükə görmürük

Stoltenberq: NATO üzvlərinə qarşı hər hansı təcili hərbi təhlükə görmürük
DÜNYA
20:49 11.03.2024
147
"Biz NATO-nun istənilən üzvünə qarşı hər hansı təcili hərbi təhlükə görmürük".

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq NATO baş qərargahında İsveçin bayrağının qaldırılması ilə bağlı mərasimdən əvvəl İsveç Baş naziri Ulf Kristersson ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

"Bu da qismən Rusiyanın Ukraynada apardığı təcavüzkar müharibəyə başı qarşıdığı üçün, eyni zamanda NATO-ya görədir. Çünki NATO buradadır və onun hər hansı üzvünə təhdid və təhlükə bütün üzvlər üçün təhlükə deməkdir, 5-ci maddənin işə düşməsi deməkdir".

Stoltenberq bildirib ki, NATO təxribat yaratmır, əksinə onun qarşısını alır: "NATO 75 il ərzində müharibənin qarşısını alıb, sülhü qoruyub hətta "Soyuq Müharibə" dövründə belə", - Stoltenberq deyib.
OXŞAR XƏBƏRLƏR