Su basmış bir sıra ərazilərdən 166 nəfər vətəndaş təxliyə olunub

Su basmış bir sıra ərazilərdən 166 nəfər vətəndaş təxliyə olunub
SOSİAL
15:16 06.04.2026
425
Bakı şəhərinin Nizami, Sabunçu, Xəzər, Binəqədi, Suraxanı və Səbail rayonlarında, Sumqayıt şəhəri, Abşeron, Hacıqabul, Xızı, Şabran və Xaçmaz rayonları ərazisində 17-si azyaşlı olmaqla 166 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə olunub.

Bu barədə AZXEBER.COM-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sözügedən ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri, o cümlədən suçəkmə və köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi tədbirləri həyata keçirilir.
OXŞAR XƏBƏRLƏR