Su filtri - təhlükə yoxsa sağlamlıq?

Su filtri - təhlükə yoxsa sağlamlıq?
SOSİAL
20:30 13.03.2021
1621
Son illər ölkəmizdə də geniş yayılan bu tip qurğuların suyu təmizləmədiyi və insan həyatı üçün təhlükə daşıdığı barədə vətəndaşlar arasında narahatlıqlar yaranııb. Bir qrup insanlar vacib olduğunu, digər qrup isə bu tip qurğuların suyu ümumiyyətlə təmizləmədiyi, əksinə suyun tərkibindəki vacib elementləri də məhv etdiyi düşüncəsindədirlər. Həmçinin bazarda çoxalan şirkətlər və şirkət olmayan fərdi şəxslərin təklif etdiyi məhsullar, bu məhsulların keyfiyyəti məsələləri də vacib olaraq qalır.
 
Bütün bu halları nəzrə alaraq araşdırma aparmaq qərarına gəldik və bu işin mütəxəssisləri ilə əlaqə saxlamağa çalışdıq. Bir çox şirkət rəhbərləri və məsul şəxslər bizə müsahibə verməkdən boyun qaçırdılar. Yalnız "İCEBERG AQUA” MMC-dən müsbət cavab aldıq və şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elşən bəydən müsahibə aldıq.

 

Su filtri nədir, nə iş görür?

- Ümumiyyətlə su təmizləmə sistemlərinin bir neçə növü olur. İçməli su üçün filtrlər, ümumi xətt üçün nəzərdə tutulmuş sistemlər, sənaye və istehsalat tipli qurğular vəs.  Bunlar arasında ən geniş yayılmış növü içməli su filtrləridir. Bu qurğular da öz növbəsində bir neçə kateqoriyaya bölünsə də əsasən, Əks-Osmos texnologiyası ilə işləyən sistemlər daha populyardır. Bu tip qurğular suyu həm mexaniki, həm də bioloji və bakterioloji olaraq təmizləyir.

Bu qurğular nə dərəcədə vacibdir?

- Öncəlikə qeyd edim ki, vətəndaşlara verilən su böyük həcmli su təmizləyici qurğular ilə təmizlənir. Ancaq sonrakı mərhələlərdə bəzi xarici təsirlər, köhnəlmiş su xətləri vəs. səbəbindən suyun tərkibində müəyyən çirk, mikrob və bakteriyalar yaranır. Ona görə vətəndaşların belə bir qurğu əldə edərək daha təmiz və  keyfiyyətli su istifadə etməsi vacibdir. 
 
Burda insan orqanizmi üçün vacib minerallar da məhv olurmu?

- İlk olaraq qeyd edim ki, su insan orqanizmi üçün mineral mənbəyi deyil. Tonlarla suda olan müəyyən minerallar bir neçə qram digər qidalarda var. Həmiçinin keyfiyyətli məhsul əldə edən vətəndaşlar bu qurğunun təmizlənmə mərhələsində itirlmiş azsaylı mineralları əvəz edən minerallaşdırıcı filtrinin də olduğunu görəcəkələr.

Ən vacib məsələ budur ki, insanlar bu qurğuları alarkən nəyə diqqət etməlidirlər?

- İnsanlar bu qurğuları sağlamlıqları üçün əldə edirlər. Ona görə də maksimum dərcədə diqqətli olmaq lazımdır. İlk olaraq diqqət olunmalı nüans doğru məhsul seçimidir. Çoxsaylı seçimlər arasında qalan vətədaşlar aldıqları məhsulun orijinal və standartlara uyğun olmasına diqqət etməlidirlər. Həmçinin əmin olmaq lazımdır ki, əldə olunan qurğu suyu insan sağlamlığı üçün xeyirsiz hala gətirməsin. Məhsulun mineral filtrinin olması və bu filtrin həm mineral, həm də alkalin funksiyasını yerinə yetirə bilməsi vacibdir. Çünki, son zamanlar keyfiyyətsiz, köhnə və yenidən satışa çıxarılmış məhsullar artıb.
 
- İkinci vacib məsələ iə məhsulun əldə olunduğu şirkətdir. Hüquqi olaraq (MMC) fəaliyyət  göstərən, fizki bir ünvanı olan şirkət olduğundan əmin olmaq lazımdır. Həmçinin şirkətin bu məhsulu satmaq üçün lazımı sertifikatı və lisenziyası olmalıdır.
 

- Daha bir vacib məqam isə bu qurğulara mütəmadi servis xidmətinin göstərilməsidir. Bir çox vətəndaşlar bu xidmət üçün bizə müraciət edərək bildirirlər ki, qurğunu aldıqları şirkətlə heç cür əlaqə saxlaya bilmirlər. Biz də öz növbəmizdə məsuliyyəti  üzərimizə götürərək onlara daimi servis xidməti göstəririk.
  
Alıcılar niyə sizi seçməlidirlər?

- Bir çox dünya brendinin ölkəmizdəki rəsmi distürbiteri kimi yalnız orijinal və keyfiyyətli məhsulların satışını həyata keçiririk. 10 ildən çoxdur fəaliyyət göstərən şirkətimiz rəsmi dövlət qeydiyyatlıdır və məhsullara rəsmi zəmanət veririk. Sərfəli kredit şərtlərimiz isə alıcılarımızın bizi seçməsinə gətirib çıxarır. Ən böyük missiyamız bu sahədə məmnun müştəri kütləsinə sahib olmaqdır.
 
ICEBERG AQUA MMC
Əlaqə:
Mob: (077) 408 08 00
Tel:    (012) 561 27 75
Ünvan:
Süleyman Sani Axundov 3B
 


 


 


OXŞAR XƏBƏRLƏR