Suçiçəyi peyvəndi meymunçiçəyinə qarşı effektsizdir.
AZXEBER.COM xəbər verir ki, may ayından etibarən 48 ölkədə 3500-dən çox insana yoluxmuş meymunçiçəyi virusu Türkiyədə də aşkarlanıb. Həkimlər bundan sonra insanlara maraqlı olan "suçiçəyi peyvəndi meymunçiçəyi xəstəliyindən qoruyur?” - sualına cavab verib.
Həkimlərin araşdırmasına görə, xəstəlik kliniki olaraq hərarət, nasazlıq, əzələ ağrısı, dəri səpgiləri və limfa düyünlərinin böyüməsi ilə özünü göstərir. Qızdırma yüksəldikcə bədəndə səpki və qaşınma əmələ gəlməyə başlayır. Bu, adətən üzdən başlayır və sonra bədənin digər hissələrinə çatır. Çox vaxt ovuclarda və ayaq altlarında olur. Qaşınma son dərəcə narahat və ya ağrılı ola bilər. Digər tərəfdən bu qaşınma prosesi keçdikdən sonra ayaq altı və ovuc içi yaralar qabıqlaşır və keçir.
Həkimlər suçiçəyinə qarşı peyvəndin meymunçiçəyinə qarşı effektiv olmadığını bildirib:
"Meymunçiçəyi xəstəliyi çiçək virusu ailəsinə daxildir. Buna baxmayaraq, suçiçəyi xəstəliyi tamamilə ayrı virus xəstəlikləri ailəsinə aiddir. Suçiçəyinə qarşı peyvənd bizi meymunçiçəyi xəstəliyindən qorumur”.
Ayşən