Sumqayıtda 21 yaşlı oğlan hündürlükdən yıxılaraq öldü

Sumqayıtda 21 yaşlı oğlan hündürlükdən yıxılaraq öldü
HADİSƏ
22:24 29.10.2025
156
Sumqayıtda 21 yaşlı oğlan hündürlükdən yıxılaraq ölüb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin 6-cı mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü Adil Eyvazov ehtiyatsızlıq nəticəsində mənzilinin eyvanından yıxılıb.

Ağır xəsarətlər alan gənc hadisə yerindəcə dünyasını dəyişib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR