Sumqayıtda 21 yaşlı oğlanın ölümünün təfərrüatları məlum oldu

Sumqayıtda 21 yaşlı oğlanın ölümünün təfərrüatları məlum oldu
SOSİAL
23:51 29.10.2025
170
Sumqayıtda 21 yaşlı oğlanın ölümünün təfərrüatları məlum olub.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, 2004-cü il təvəllüdlü Adil Eyvazovun ölümünə səbəb onun hündürlükdən yıxılması olmayıb.

Gənc 6-cı mikrorayon ərazisində yerləşən idman zalında məşq zamanı qəfil özünü pis hiss edib və dünyasını dəyişib. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata əsasən, Adil Eyvazov taekvondo ilə məşğul imiş.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR