Sumqayıtda iki avtomobil toqquşdu: Xəsarət alanlar var
SOSİAL
18:36 08.02.2026
880
Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM"Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.
Belə ki, "Toyota Prius" markalı avtomobil digər minik avtomobili ilə toqquşub. Qəza nəticəsində üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.