Sumqayıt şəhərində piyadaların vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Sülh prospektində qeydə alınıb. Belə ki, motosiklet hərəkətdə olarkən yolu keçmək istəyən 2 kişini vurub.
Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.
Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, hadisə nəticvəsində 1960-cı il təvəllüdlü şəxs kəllə-beyin travması alıb, 2006-cı il təvəllüdlü şəxsə isə bud sümüyünün sınığı diaqnozu təyin olunub: "Reanimasiya şöbəsinə yerləşdirilən hər iki şəxsin vəziyyəti orta ağır qiymətləndirilir”.
Faktla bağlı araşdırma aparılır.
/Report