Sunami ABŞ-a çatdı: ölən var (YENİLƏNİB)

MARAQLI
09:22 12.03.2011
1707

AZXEBER.COM portalının “Amerikanın Səs” televiziyasına istinadən verdiyi xəbərə görə, Obama bu gün keçirdiyi  mətbuat konfransında ölkənin  qərb ştatlarının sakinlərinə  sayıq olmaq və  yaşayış yerlərini boşaltmaq barədə yerli orqanların edə biləcəkləri çağırışlara diqqət yetirmələri barədə xəbərdarlıq edib. Kaliforniya və Oregon ştatlarında minlərlə insan Sunami təhlükəsinə görə yüksək ərazilərə yerləşib.

Havayın yerli idarələri Yaponiyadakı zəlzələ və sunami barədə, son illərdə yaradılmış xəbərdarlıq və əməkdaşlıq, rabitə sistemi vasitəsi ilə xəbər alan kimi  ştat sakinlərinə həyəcan siqnalları ilə xəbərdarlıq edərək onların şatın başlıca adalarının hündür hissələrinə köçürülməsi əməliyyatlarına başlayıb. Beynəlxalq xəbərdarlıq sistemi Havayın aidiyyatı olan idarələrininin sunaminin adalara çatmasından bir neçə saat əvvəl tədbirlər görməsinə imkan verib. Beləki səhər tezdən sunami Havay adalarının sahillərinə yetişən vaxt köçürmə əməliyyatları demək olar başa çatıb.

Rəsmi məlumatlara görə reaktiv sərnişin təyyarəsi yəni saatda 400-500 kilometr sürətlə hərəkət edən sunami Havayın Oahu adasındakı Vaikikinin plajlarını iki metr hündürlüyündə  dalğalarla vurub. Birləşmiş Ştatların qitə adlanan hissəsinin qərb sahillərinə çatana qədər isə sunaminin şiddəti azalıb və dəniz qabarsa da sahillərə  vuran dalğaların hündürlüyü daha az olub.

OXŞAR XƏBƏRLƏR