Tanınmış ekspert İlham Şabanın Azərbaycandakı sürət qatarları ilə bağlı paylaşımı maraqla qarşılanıb.
AZXEBER.COM xəbər verir ki, ekspert Azərbaycandakı sürət qatarlarının mövcud vəziyyəti ilə bağlı paylaşım edərək, bu sahədə dost ölkə olan Özbəkistandan xeyli geridə qaldığımızı bildirib:
"Qatarların sürəti məsələsində Azərbaycan Özbəkistandan xeyli geri qalır.. özü də bizdə Bakı-Ağstafa faktiki döngəsiz yoldur (Hacıqabul döngəsini nəzərə almasaq), 250 km/saat stabil sürət əldə etmək beləmi problemdir?"

Ekspert ona bu mövzu ilə bağlı şərh yazanlara belə cavab verib: ""Jiquli” sürətindəyik.. "Afrosiyob”a bu sürətlə çatmağımız mümkün deyil".
Onun paylaşımına yazılan şərhlərin bəzilərini təqdim edirik:
"Biz hər gün o sürətlə işə gedib, qayıdırıq. Hərdən elə gedir ki, düşüb itələmək istəyirsən...”
"ADY-nin qatarları Stadler Kiss və Flirt qatarlarıdır. Onların da maksimum sürəti 200 km/saatdır. Bizim yollar, çox güman ki, təhlükəsizlik hasarı olmadığına görə, ya da relslər yararsız olduğu üçün 90 km-dən artıq sürmür”.