Suriya ordusu müxalifətə meylli sakinlərin evlərini sökür

DÜNYA
08:12 04.09.2012
1228
Suriya hərbçiləri Dəməşqin sünnilər yaşayan məhəllələrində ev və mağazaları sökməyə başlayıb.
ANS PRESS-in məlumatına görə, bu barədə xəbəri “Reuters” agentliyi yerli fəallara istinadən yayıb.
Suriya paytaxtı sakinlərinin sözlərinə görə, ordu buldozerlərdən istifadə edir. Evlərin söküntüsünə bir neçə saat əvvəl başlanılıb. Hərbçilər sakinlərdən divarlarda müxalif təmayüllü yazıları silməyi tələb ediblər və onalrın yerinə Bəşər Əsədi dəstəkləyən şüarlar yazıblar.
Qeyd edək ki, fəalların məlumatlarını dəqiqləşdirmək mümkün deyil. Çünki hakimiyyət döyüş əməliyyatlarının aparıldığı rayonlara jurnalistləri buraxmır.

OXŞAR XƏBƏRLƏR