"Hörmüz boğazının kommersiya gəmiləri üçün açılmasına baxmayaraq, istənilən ölkənin hərbi gəmilərinin keçidi hələ də qadağandır. Yalnız mülki gəmilər SEPAH-ın icazəsi və müəyyən edilmiş marşrutlarla keçə bilər".
Bu barədə İranın IRIB dövlət telekanalı Hərbi Dəniz Qüvvələrinə istinadən xəbər verir.
Qeyd edilir ki, qeyri-hərbi gəmilər də boğazı yalnız İran hərbçiləri ilə qarşılıqlı əlaqə şəraitində keçə bilərlər.
Xatırladaq ki, İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, Livan və İsrail arasında əldə olunmuş atəşkəslə əlaqədar Hörmüz boğazı kommersiya gəmilərinin keçidi üçün açılıb.











































