Sürpriz sevgi qapınızı bu tarixdə döyəcək- Astroloq danışdı

MARAQLI
11:51 27.03.2024
202
Venera ilə Uran arasında sekstil bucaq olacaq. Təsir müddəti 2 gündür”. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri məşhur Türkiyəli astroloq  Dinçer Güner X  platformasında paylaşıb: 

"Daha çox sosiallaşmaq və daha maraqlı fəaliyyətlərlə məşğul olmaq istədiyimiz dövrlərdəyik. Sürprizlərlə, gözlənilməz maliyyə qazancları və təkliflərlə qarşılaşa bilərik.  

İncəsənət və yaradıcılıq haqqında orijinal fikirlər beynimizdə uçuşa bilər. Bu günlərdə daha əvvəl geyinmədiyiniz fərqli və rəngli geyimləri sınaqdan keçirə bilərik. 

Təəccüblü və həyəcanlı romantik görüşlərimiz ola bilər, həmçinin yeni dostlar qazana bilərik. Potensial yeni münasibətlər həyəcan verici olsa da, böyük öhdəliklər götürmək çətindir.  

Biz sevgi və münasibətlərdən tutmuş maddi vəziyyətə və estetik zövqlərə qədər həyatımızın bir çox sahəsində gözlənilməz və həyəcan verici dəyişikliklərlə qarşılaşa bilərik”. 

Oksana 

OXŞAR XƏBƏRLƏR