Sürücü diqqətsizliyi qəzaya səbəb oldu - VİDEO

Sürücü diqqətsizliyi qəzaya səbəb oldu - VİDEO
SOSİAL
11:32 04.02.2026
327
Təhlükəsizlik tədbirləri görmədən geriyə hərəkət və sürücü diqqətsizliyi qəzaya səbəb oldu.

AZXEBER.COM xəbər verir ki, ötən gün axşam saatlarında paytaxtın Heydər Əliyev prospekti "Koroğlu” metro stansiyası istiqamətində yol-nəqliyyat hadisəsi baş verib. İlkin ehtimala görə yük avtomobilinin sürücüsü nəqliyyat vasitəsinin qabarit hündürlüyünü nəzərə almadığından "Bağırov” tunelindən keçə bilməyib. O, belə vəziyyətdə sağ kənar yola keçmək üçün təhlükəsizlik tədbirləri görmədən geriyə hərəkət edib. Hərəkətdə olan minik avtomobillərindən biri isə arxa tərəfdən ona çırpılıb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərin nəzərinə çatdırır ki, "Yol hərəkəti haqqında" Qanunun 42-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. 

Hadisə zamanı ölən və xəsarət alan olmasa da, bu qəzadan sürücülər bir nəticə çıxarmalıdırlar.
 

OXŞAR XƏBƏRLƏR