Tağı Əhmədov: “Mənim aksiyada nə işim var?!"

MARAQLI
11:13 11.03.2011
1790
Metropoliten işçiləri sərnişinlərə bunun texniki səbəblərlə bağlı olduğunu bildirib.

Bakı Metropolitenin rəisi Tağı Əhmədov “Media forum” saytına deyib ki, Cəfər Cabbarlı meydanından “28 May” stansiyasına giriş-çıxışda eskalatorların heç biri işləmir: “Eskalatorlara gələn elektrik xətti sıradan çıxıb. Ona görə də stansiyanın həmin giriş-çıxışını bağlamışıq. Hazırda problemin aradan qaldırılması üçün iş gedir. Bütün elektrik mühəndisləri, mexaniklər, baş mühəndis və özüm də “28 May” stansiyasındayam. Amma cəhdlərimizə baxmayaraq problemi aradan qaldıra bilmirik. Xəttin haradan qırıldığını müəyyənləşdirə bilmirik. Eskalatorlara gələn elektrik xəttinin nə vaxt bərpa olunacağını bilmirəm. Problem nə vaxt həll olunsa, stansiyanı açacağıq. İndi sərnişinlərin metrodan ən çox istifadə etdiyi vaxtdır. Özümüz özümüzə düşmən deyilik ki, problem olmayan halda stansiyanı bağlayaq”.

OXŞAR XƏBƏRLƏR