Tacikistan prezidenti Azərbaycana səfir təyin etdi

Tacikistan prezidenti Azərbaycana səfir təyin etdi
DÜNYA
13:17 04.01.2013
1609

Tacikistan prezidenti Emomali Rahmon Azərbaycana səfir təyin edilməsi barədə sərəncam imzalayıb.Prezidentin yanvarın 3-də imzaladığı sərəncamla Zoxir Saidov Tacikistanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.Bundan əvvəl Zoxir Saidov Tacikistanın Xarici İşlər Nazirliyində MDB İdarəsinin müdiri və ölkəsinin Azərbaycandakı səfirliyində məsləhətçi vəzifəsində çalışıb.Qeyd edək ki, Tacikistanın Azərbaycandakı keçmiş səfiri Zoxir Vəzirov 2012-ci il sentyabrın 3-də vəfat edib.//APA

OXŞAR XƏBƏRLƏR