Tanınmaz hala düşən Amaliya Pənahovadan yeni - FOTO

MƏDƏNİYYƏT
11:58 02.04.2014
3132
Plastik əməliyyat etdirən xalq artisti bu addımını və görkəmini normal olaraq qarşıladığını bildirib.
Xalq artisti Amaliya Pənahovanın imicindəki dəyişiklik hər kəs tərəfindən maraqla qarşılanıb.
AZXEBER.COM xəbər verir ki, ANS PRESS-in məlumatına görə, aktrisa günü-gündən tanınmaz hala düşür. Sənətçinin bu görkəmi onu görən hər kəsi şoka salır. Xalq artisti ötən gün Gənc Tamaşaçılar Teatrında xalq artisti Tariyel Qasımovun 75 illik yubiley gecəsində görüntülənib. Amaliya Pənahova ilə kamera önünə keçən aktyor İlqar Musayev fotonu sosial şəbəkədə paylaşıb.
Bir çox plastik əməliyyat etdirən xalq artisti bu addımını və görkəmini normal olaraq qarşıladığını bildirib. Sənətçi bildirib ki, səhnə adamı olduğunu və baxımlı görünmək üçün əməliyyat olunub.
Xatırladaq ki, aktrisa bundan öncə də sənət yoldaşları ilə tədbirlərdən birində bir araya gəldikdə maraqlı hadisə ilə qarşılaşıb. İnsanlardan bəziləri hətta onu tanımaqda çətinlik çəkiblər.

OXŞAR XƏBƏRLƏR