Tanınmış baş məşqçi eyni klubdan 4-cü dəfə qovulub

Tanınmış baş məşqçi eyni klubdan 4-cü dəfə qovulub
İDMAN
19:26 11.10.2021
395
Braziliyanın "Qremio" klubu baş məşqçisi Luis Felipe Skolari ilə yollarını ayırıb.

AZXEBER.COM klubun rəsmi saytına istinadən xəbər verir ki, 73 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

2002-ci ildə Braziliya millisi ilə dünya çempionu olmuş baş məşqçi 1987, 1993 - 1996 və 2014 - 2015-ci illərdə Porto Aleqre təmsilçisinə rəhbərlik edib.

O, iyulun 7-də yenidən bu postda təyin olunmuşdu. "Qremio" Braziliya A Seriyasında 23 oyundan 23 xalla 19-cu pillədə qərarlaşıb.
OXŞAR XƏBƏRLƏR