Tanınmış baxıcının şok proqnozu: 'İnsanlar saniyələr ərzində yaşlanacaq'
MARAQLI
17:56 30.06.2012
4926
Vanqa dünyanın ən tanınmış öncəgörənlərindən biridir. 1911-ci ildə Bolqarıstanda dünyaya gələn Vanqa 1996-cı ildə orada da ölüb. Vangelia Guşterova və ya qısaca Vanqa adlandırılan öncəgörən SSRİ-nin dağılacağını, şahzadə Diananın ölümünü və 11 sentyabr terrorunu xəbər verməklə daha da məşhurlaşıb. 2014-cü il - Kimyəvi savaş başa çatacaq. İnsanalrın çoxu dəri xərçəngindən və ya dəri ilə bağlı xəstəlikdən əziyyət çəkəcək.2016-cı il - Avropa demək olar ki, boşalacaq. Əhalinin sayı getdikcə azalacaq.2018-ci il - Çin yeni dünya gücünə çevriləcək.2023-cü il - Dünya oxu yüngülcə yerindəın oynayacaq.2025- ci il - Avropa hələ də boşalır.2028-ci il - Yeni enerji mənbəyi tapılacaq. Aclıq problem olmaqdan çıxacaq. Veneraya pilotlu kosmik gəmi göndəriləcək.2033-cü il - Qütb buzları əriyəcək. Okeanın səviyyəsi artacaq.2043 - cü il - Müsəlman bir dövlət yenidən Avropanın tək hakimi olacaq.2046 - cı il - Süni orqanlar hazırlanacaq. Orqan dəyişdirilməsi əsas müalicə üsulu olacaq.2066 - cı il - Müsəlmanların əlində olan Romaya hücum zamanı ABŞ iqlim dəyişikliyinə yol açan silahdan (ani donma-red.) istifadə edəcək.2088 - ci il - Yeni xəstəlik: İnsanlar saniyələr ərzində yaşlanacaq.2091 - ci il - Xəstəliyin müalicəsi tapılacaq.2100 - cü il - İnsan tərəfindən hazırlanan günəş dünyanın qaranlıq tərəfini də işıqlandıracaq.