Tanınmış futbolçu "vətən xaini" elan edildi - Rus klubunda çalışdığı üçün

Tanınmış futbolçu "vətən xaini" elan edildi - Rus klubunda çalışdığı üçün
İDMAN
17:03 31.03.2022
843
Ukraynalı keçmiş futbolçu Anatoli Timoşuk Sankt-Peterburq komandasının məşqinə gedərkən yolda qəzaya düşüb.

AZXEBER.COM xəbər verir ki, "Zenit”in məşqçisi kimi çalışan Timoşukun vəziyyətinin yüngül olduğu, amma bir müddət komanda ilə məşqlərə çıxa bilməyəcəyi açıqlanıb. 

Qeyd edək ki, Ukraynada Anatoli Timoşuk "vətən xaini" olaraq adlandırılır. Buna səbəb Timoşukun müharibəyə reaksiya verməməsi və öz işini davam etdirməsi olub. Timoşukun adı Ukrayna futbol tarixindən silinib, ona verilən "Lutsk şəhərinin fəxri vətəndaşı” statusu ləğv edilib. Bununla yanaşı Ukrayna Futbol Assosiasiyası onu bütün titullardan, mükafatlardan, fəxri adlardan və məşqçilik lisenziyalarından məhrum edib. 

OXŞAR XƏBƏRLƏR