Tanınmış müğənni onu təhqir edən şəxsi polisə verir - FOTO FAKT

MAQAZİN
20:32 27.01.2013
6174

AZXEBER.COM-un verdiyi məlumata görə, buna səbəb müğənniyə “Facebook” sosial şəbəkəsində yazılan mesajlar olub.

Belə ki, Orxan Quliyev adlı şəxsin Nuranın “Facebook”da paylaşdığı şəklə “Nura, görəsən, sən və sənin kimi insanlar Azərbaycanda hakimiyyət dəyişəndə nə edəcəklər?” yazması onu hiddətləndirib. Nura bildirib ki, bu şəxs daha sonra ona hədə-qorxu dolu mesajlar da yazıb. Sənətçi bu gün yazdığı statusda Orxan Quliyevi polisə verəcəyini bildirib: “Mən valideynlərimin və ümummilli liderimiz Heydər Əliyevin şəklini səhifəmdə paylaşmışdım. Həmin fotoya “Orxan Quliyev” adlı biri şərh yazıb, mən də şərhə cavab yazmışam. Bu şəxs bayaqdan mənə hədə-qorxu dolu mesajlar yazır. Onu tanıyan varsa, xahiş edirəm, mənə məlumat versin. Çünki polisə müraciət edəcəm. Gündə biri “inbox”uma yazıb hədə-qorxu gələcək, mən də susacam?! Gərək birini qanunla cəzalandırasan ki, o birilərə dərs olsun! Hələ bir şərhi silmişəm, çünki çox tərbiyəsiz, YAP partiyası və mənə qarşı şərh idi.”

Müğənni Orxan Quliyevin “Facebook” profilini və şəkillərini də öz səhifəsində paylaşıb və onu tanıyanlardan kömək istəyib.

OXŞAR XƏBƏRLƏR