Tanınmış şirkətin gizli süni intellekt layihəsi ortaya çıxdı

Tanınmış şirkətin gizli süni intellekt layihəsi ortaya çıxdı
MARAQLI
12:17 26.02.2024
225
"Apple” şirkəti "Ask” adlı süni intellekt aləti hazırlayıb. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu alət texniki suallara cavab vermək üçün "AppleCare” dəstək komandasına kömək edəcək. 

"Ask” hazırda məhdud sayda personal tərəfindən istifadə olunur, lakin gələcəkdə daha geniş istifadəçi bazasına müraciət edilməsi planlaşdırılır.

Bundan əlavə, şirkətin süni intellektə investisiyaları və inkişafları texnologiya dünyasında necə dəyişikliklər yaradacaqları maraqla gözlənilir.

"Apple”nin gələcəkdə süni intellekt texnologiyaları ilə hansı inqilabı edəcəyi və bunun istifadəçilərin gündəlik həyatına necə təsir edəcəyi artıq böyük maraq doğurur. 

Mikayıl
OXŞAR XƏBƏRLƏR