Türkiyənin tanınmış stilisti Barbaros Şansal Bəyoğlu məhəlləsindəki evində 2 nəfər maskalı şəxs tərəfindən möhkəm döyülüb.AZXEBER.COM-un Türkiyə mətbuatına isitnadən verdiyi məlumata görə, hadisə saniyəsinə qədər təhlükəsizlik kamerası vasitəsilə çəkilib.Tanınmış stilist həmin videonu öz “Twitter” səhifəsində paylaşıb. Sonra isə hadisənin necə olduğunu yazıb“Həmin gün kanalların birindən dostumla birlikdə çıxdıq və kafelərin birində bir az içdik. Daha sonra tək çıxıb evimə getdim. Evimin qapısını açanda arxadan kimsə mənə yaxınlaşdı və sol gözümə yumruqla zərbə endirdi. Daha sonra ikinci adam mənə yaxınlaşdı. İkisi də yaxamdan tutub, “Söylədiklərindən sonra yaşamağa haqqın yox”, - deyərək məni döyməyə başladılar. 25-30 yaşlarında olan bu insanlardan şikayətçiyəm”, - deyə modelyer bildirib.Polis Barbaros Şansala hücum edənlərin kim olduğunu araşdırır.