Tanışını evinə çağırdı, sonra döyüb öldürdü... - Azərbaycanda

SOSİAL
00:11 31.05.2019
11450
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Bakı şəhər sakini Bahadur Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AZXEBER.COM trend-ə istinadən xəbər verir  ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə B. Cəfərov 16 il azadlıqdan məhrum edilib.
İttihama görə, Bakının Sabunçu rayonunda əvvəllər məhkum olunmuş B. Cəfərov evində münaqişə zəminində tanışı Rəfayel Rzayevi döyərək qətlə yetirib.

OXŞAR XƏBƏRLƏR