Teatrşünaslar Bakıya toplaşır

MƏDƏNİYYƏT
15:27 04.11.2014
1535
Ölkə paytaxtında noyabrın 5-6-da III Bakı Beynəlxalq Teatr Konfransı təşkil olunacaq. Bunula bağlı bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında mətbuat konfransı keçirilib.Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev tədbirin əhəmiyyətindən danışıb və bildirib ki, "Teatr sənətinin multikulturalizm-universal dəyərlər sistemində yeri" mövzusuna həsr olunan konfransa 47-dək dövlətdən 150-ə yaxın tanınmış teatr mütəxəssisi, beynəlxalq teatr tənqidçiləri, rejissor, baletmeyster, teatr rəssamları, xoreoqraf və dramaturqlar qatılacaq. Sabah açılış mərasimində ASSİTEJ (Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası), UNİMA (Beynəlxalq Kukla Teatrları Assosiasiyası), BTİ (Beynəlxalq Teatr İnstitutu), OİSTAT (Teatr Rəssamları, Texniki İşçilər və Memarların Beynəlxalq Təşkilatı), İFTR (Beynəlxalq Teatr Tədqiqatları Federasiyası) kimi beynəlxaq təşkilatların baş katibləri və prezidentləri çıxış edəcəklər.Onun sözlərinə görə, konfrans çərçivəsində Dövlət Akademik Milli Dram Teatrında Ukrayna, Böyük Britaniya, ABŞ və Hollandiya nümayəndələrinin iştirakı ilə treyninqlər təşkil olunacaq. Ümumilikdə 46 məruzə dinləniləcək, master-klass, ikitərəfli görüşlər keçiriləcək, dünya teatrında baş verən yeniliklərlə bağlı məlumatlar veriləcək. Beynəlxalq konfransın təşkilatçıları Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqıdır. Əminik ki, konfrans maraqlı keçəcək, daha yaddaqalan və səmərəli olacaq.Ə.Vəliyev 2012-ci il noyabrın 5-6-da keçirilən II Beynəlxalq Teatr Konfransını xatırladıb, ötən müddətdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ASSİTEJ-ə, Azərbaycan Dövlət Kukla Teatrı UNİMA-ya, Azərbaycan Dövlət Musiqili Teatrı MTBA-ya, professorlar Məryəm Əlizadə və İsrafil İsrafilov Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasına üzv seçildiyini söyləyib.

OXŞAR XƏBƏRLƏR