İranda paytaxt Tehran şəhərində etiraz aksiyaları səngimir. Axşam saatlarında minlərlə insan yenidən küçə və meydanlara çıxıb. Sosial şəbəkələrdə yayılan görüntülər paytaxtda gərginliyin daha da artdığını göstərir.
Etirazlar hələ dekabrın sonlarından başlayıb. Aksiyaların əsas səbəbi kimi inflyasiyanın kəskin artması və iqtisadi vəziyyətin ağırlaşması göstərilir. İran rəsmiləri iğtişaşlar zamanı 6 nəfərin öldüyünü açıqlasa da, ABŞ-da yerləşən müstəqil fəallar ölənlərin sayının azı 36 nəfər olduğunu bildirirlər.
İranın Təhlükəsizlik Şurası baş verənlərə görə məsuliyyəti birbaşa xarici qüvvələrin üzərinə atıb. Rəsmi Tehranın mövqeyinə görə, aksiyaların arxasında İsrail və ABŞ dayanır.
/Musavat.com










































