‘Tək ATV deyil, hər hansı bir telekanal mənim şəxsi həyatım barəsində danışsa...’ - AÇIQLAMA

MAQAZİN
12:10 26.12.2012
2458

“Mən istəmirəm mənim ailəm barəsində mətbuatda danışılsın”

Bu barədə AZXEBER.COM-a danışan F.İbadova bildirib ki, ailəsi haqqında mətbuatda hansısa bir informasiyanın çıxmasının qəti əlehinədir və bunu düzgün hesab etmir:

“Mən deyərdim ki, Nanə Ağamalıyeva bunu bilərəkdən deməmişdi. O sadəcə informasiyanı internetdən götürmüşdü. O verilişdə mənim qızım haqqında demişdi ki, o anası ilə yaşayır, yoxsa yoldaşı ilə qalır? Mən də iradımı bildirirəm ki, buna müdaxilə etməyə heç kəsin ixtiyarı yoxdur. 42 ildir sənətdəyəm və heç vaxt adım şou-biznesdə hallanmayıb. Mən sənətimlə gündəmdə olmuşam. Kimin ailəsində nə baş verirsə, mən düşünmürəm ki, bu tamaşaçılara maraqlı olsun. Nanə ilə mənim elə bir problemim yoxdur. O mənim övladım yerindədir. Mən heç vaxt onun anasının qəlbinə dəyəcək elə bir söz işlətmərəm. Çünki, Nanə çox ağıllı, kamallı bir qızdır. Çox yaxşı teleaparıcıdır. Əgər tək ATV deyil, hər hansı bir telekanal mənim şəxsi həyatım barəsində artıq əskik nə isə danışsa, mən onda məhkəməyə müraciət edəcəm. Çünki, mən istəmirəm mənim ailəm barəsində mətbuatda danışılsın”.

Qeyd edək ki, ATV-nin tanınmış aparıcısı Nanə Ağamalıyeva Firuzə İbadovanın qızının ailə həyatı ilə bağlı verilişində danışmışdı.

Ozal İbrahimli 

OXŞAR XƏBƏRLƏR