Tələbə yataqxanasından pornostudiya

MARAQLI
22:59 11.11.2011
2246

Yataqxana binasının iki mərtəbəsində yerləşmiş pornostudiya qərbli müştərilər üçün işləyirdi. Studiyanın girişi və dəhlizlərində videomüşahidə kameraları, elektron qıfıllı dəmr qapılar vardı. Studiyada çəkilən pornovideo MDB ölkələrindən girişi mümkün olmayan sayt vasitəsilə Qərbi Avropa və ABŞ-a translyasiya edilib. Sutkaboyu fasiləsiz iş rejimi olan studiyada əksəriyyəti tələbələr olan 60 gənc qadın çalışıb. Həmin qadınların 14-ü tutulub. "İşçi" qadınların ayda 1000 dollar qazandığı studiya sahiblərinə ildə 1 milyon dollardan artıq gəlir verib. Milis studiyanın serveri, 30 kompüter, habelə veb-kameralar və sənədləri müsadirə edib. Faktla bağlı cinayət işi qaldırılıb, istintaq gedir. milli.az

OXŞAR XƏBƏRLƏR