"Telegram” tətbiqə "WhatsApp” və "Messenger” üçün Meta tərəfindən hazırlanmış biznes hesabı xüsusiyyətlərini əlavə edir.
AZXEBER.COM xəbər verir ki, "WhatsApp” son vaxtlar istifadəçilərinə bir çox yeni funksiyalar təklif etsə də, bu funksiyaların bir çoxu "Telegram” kimi rəqib proqramlarda artıq mövcuddur.
"WhatsApp”ın ən böyük rəqibi "Telegram” bu dəfə "WhatsApp”da mövcud olan funksiyanı təqdim edib.
"Telegram”a gələn biznes xüsusiyyətlərindən istifadə etmək üçün ödənişli Premium versiyasına abunə olmaq lazımdır.
Qeyd edək ki, "Telegram Premium” ilk 1 milyon abunəçisinə 2022-ci ilin dekabrında çatıb və 2024-cü ilin yanvarında 5 milyon istifadəçiyə yüksəlib.
Ayşən