"Telegram" "WhatsApp"a rəqib olacaq yeni funksiyasını işə salır

MARAQLI
14:07 03.04.2024
240
"Telegram" mesajlaşma platforması tətbiqə "WhatsApp" və "Messenger"də olan biznes hesabı xüsusiyyətlərini əlavə edəcək.

AZXEBER.COM xəbər verir ki, "Telegram"ın business funksiyası sayəsində fərdiləşdirilmiş başlanğıc səhifələri yaradıla, iş saatları təyin oluna və salamlama mesajları göndərilə bilər.

Telegram-a gələn biznes xüsusiyyətlərindən istifadə etmək üçün ödənişli Premium versiyasına abunə olmaq lazımdır.

Xatırladaq ki, "Telegram Premium" ilk 1 milyon abunəçisinə 2022-ci ilin dekabrında çatıb və 2024-cü ilin yanvarından 5 milyon istifadəçiyə xidmət edir.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR