Temperatur 8 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

SOSİAL
13:08 18.03.2016
4278
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZXEBER.COM-a verilən məlumata görə, martın 20-si gündüzdən 21-i günün ikinci yarısınadək ölkə ərazisində hava şəraitinin qısa müddət qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda yağışın sulu qara, qara keçəcəyi, şimal-qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu martın 21-də ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək

OXŞAR XƏBƏRLƏR