"Tənqid düşüncəni ucaldır, təhqir isə sahibini kiçildir"

"Tənqid düşüncəni ucaldır, təhqir isə sahibini kiçildir"
MƏDƏNİYYƏT
19:10 17.02.2026
347
Əməkdar artist Nailə İslamzadə paylaşımı ilə gündəmə gəlib. sosial media hesabında tənqidi paylaşım edib.

AZXEBER.COM xəbər verir ki, aparıcı sosial media hesabında tənqidi paylaşım edib.

"Sosial şəbəkə azadlıq meydanıdır, amma azadlıq məsuliyyətsizliyə icazə deyil. Arqumenti olan insan alçaltmağa yox, izah etməyə çalışar. Tənqid düşüncəni ucaldır, təhqir isə sahibini kiçildir. Təhqir güc deyil. Sosial şəbəkə uşağın-böyüyün istifadə etdiyi platformadı. Bəzən yazılanları oxuduğumuzdan, təsadüfən olsa da qarşımıza çıxanları görməyimizdən utanırıq. Söz insanın aynasıdır. O aynada nəyi göstərdiyimizi unutmamalıyıq. Sosial şəbəkəni qisas meydanına çevirənlər unudurlar ki, yazdıqları, söylədikləri, göstərdikləri əvvəlcə öz səviyyələrini göstərir”- deyə, İslamzadə bildirib.


OXŞAR XƏBƏRLƏR