Avqustun 3-də saat 22 radələrində Tərtər rayonu ərazisində şəxsi münasibətlər zəminində baş verən silahlı insidentin qarşısı polis əməkdaşları tərəfindən alınıb.
DİN-in Mətbuat Xidmətindən AZXEBER.COM-a bildirilib ki, kənd sakini, 1990-cı il təvəllüdlü, Vətən müharibəsi qazisi Beyrək Quliyev həmkəndlisi, 1992-ci il təvəllüdlü şəxsə qarşı şəxsi münasibətlər zəminində "AK-74” markalı avtomat silahdan atəş açıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin həmin şəxsə məxsus "VAZ-21014” markalı avtomobilə zərər dəyib.
Rayon polis şöbəsinin əməkdaşları tərəfindən B.Quliyev saxlanılıb, ondan "AK-74” markalı avtomat silah götürülüb.
Fakta görə cinayət işi başlanıb, əvvəllər dəfələrlə müxtəlif cinayət əməllərinə görə məhkum olunan B.Quliyev həbs edilib.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.