Təyyarədə böyük çaxnaşma: Onlarla sərnişin yaralandı

Təyyarədə böyük çaxnaşma: Onlarla sərnişin yaralandı
DÜNYA
13:18 11.03.2024
139
Avstraliyadan Yeni Zelandiyaya uçan sərnişin təyyarəsində baş verən ani silkələnmə nəticəsində 50-yə yaxın adam xəsarət alıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Oklend hava limanına enən təyyarədə yaralananlara tibbi yardım göstərilib, 13 nəfər xəstəxanaya çatdırılıb.
 
Sərnişinlərdən biri texniki nasazlıq səbəbindən yaşanan şoku ani yıxılma ilə müqayisə edib.

Latam Hava Yolları tərəfindən edilən şərhdə, "Təyyarə planlaşdırıldığı kimi Oklend Hava Limanına eniş etdi. Hadisədən bəzi sərnişinlər və kabin heyəti mənfi təsirləndi", - deyə məlumat paylaşılıb.

Texniki nasazlıqla bağlı təfərrüatlara yer verilməyən şərhdə hadisə ilə bağlı kədər ifadə edilib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR