Təyyarədə sərnişinlərin əl “baqaj”larından oğurluq edənlər saxlanıldı

Təyyarədə sərnişinlərin əl “baqaj”larından oğurluq edənlər saxlanıldı
KRİMİNAL
12:58 11.09.2025
295
Hava nəqliyyatından istifadə edərkən təyyarənin göyərtəsində olan sərnişinlərin əl yüklərindən oğurluq əməlləri etməkdə şübhəli bilinən şəxslər müəyyən olunublar. 

AZXEBER.COM xəbər verir ki, DİN-in Hava Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əcnəbi vətəndaşlar — 45 yaşlı Van Hong və 43 yaşlı Zhou Longgen saxlanılıblar. 

Araşdırmalarla məlum olub ki, şübhəli şəxslər təyyarədə olan sərnişinlərin ani diqqətsizliyindən istifadə edərək onların pul və digər qiymətli əşyalarını gizli yolla talayıblar. Saxlanılan şəxslər çantalarda olan pulları əldə edəndən sonra şübhə oyatmamaq üçün onların yerinə qat-qat aşağı nominallı və müxtəlif ölkələrə məxsus pul vəsaitləri yerləşdiriblər ki, uçuş zamanı sərnişinlər bilməsinlər. 

Onların üzərindən iş üçün mühüm əhəmiyyət kəsb edən maddi və elektron sübutlar aşkarlanaq istintaqa təhvil verilib. 

Fakta görə başlayan cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR