"TikTok" Azərbaycanda təxminən 900 minə yaxın videonu silib

"TikTok" Azərbaycanda təxminən 900 minə yaxın videonu silib
SOSİAL
15:58 29.10.2025
185
Qısa videolar üzrə aparıcı platforma olan TikTok Azərbaycanda yerli icmanın təhlükəsizliyini prioritet hesab edir və yaradıcı fəaliyyət üçün rahat mühitin formalaşmasına töhfə verir.
 
AZXEBER.COM xəbər verir ki, Təhlükəsizliyi qorumaq üçün TikTok ən innovativ texnologiyalardan və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən on minlərlə peşəkar mütəxəssisi bu prosesə cəlb edir. 

Platformada 24/7 rejimində fəaliyyət göstərən moderasiya komandası İcma Qaydalarını pozan videokontenti silir, həmçinin şəffaflıq prinsiplərinə uyğun olaraq hər rübdə silinmiş kontentlə bağlı məlumatları rüblük hesabatlarda açıqlayır. İcma Qaydalarına əməl olunmasına dair hesabata əsasən, 2025-ci ilin ikinci rübündə Azərbaycanda:

•İcma Qaydalarının pozulmasına görə 880 mindən çox video silinib.
•Ümumi sayın 99,4%-i platforma tərəfindən proaktiv şəkildə — yəni şikayət daxil olmadan əvvəl müəyyən edilərək — silinib. 
•Videoların 98%-i paylaşım edildikdən sonra 24 saat ərzində silinib ki, bu da dünya üzrə orta göstəricilərdən yüksəkdir.
Ötən il ərzində Azərbaycanda ümumilikdə 3 milyonadək video silinib.
Eyni zamanda, 2025-ci ilin ikinci rübündə dünya üzrə İcma Qaydalarının pozulması ilə əlaqədar olaraq:
•Təxminən 190 milyon videoçarx platformadan silinib.
•Videokontentin 99,1%-i proaktiv şəkildə silinib.
•Roliklərin 94,4%-i paylaşım edildikdən sonra 24 saat ərzində silinib.
•90%-dən çoxu isə hər hansı şikayət daxil olmadan əvvəlcədən müəyyən edilərək silinib. 

TikTok-da həmçinin bu ilin birinci rübü ilə müqayisədə dünya üzrə dayandırılmış LIVE yayımların sayında əhəmiyyətli artım müşahidə olunur. Bu artım platformanın moderasiya texnologiyalarının təkmilləşdirilməsi ilə bağlıdır. Eyni zamanda, apellyasiya nəticəsində bərpa olunan yayımların sayı cüzi artıb, bu isə yeni tədbirlərin daha dəqiq və effektiv şəkildə tətbiq olunduğunu göstərir.

TikTok, həmçinin birbaşa yayımlarda təhlükəsizliklə bağlı daha çox məlumat açıqlamağa başlayır. Buna keçən il tətbiq olunan və bu standartları pozan kontentin monetizasiyasının qarşısını almağa yönəlmiş Monetizasiya Qaydalarına riayət olunmasını təmin edən öz tədbirləri də daxildir.

Belə ki, 2025-ci ilin ikinci rübündə TikTok dünya üzrə monetizasiya qaydalarını pozan 2 321 813 canlı yayım və 1 040 356 yayım sahibi ilə bağlı tədbirlər görüb, o cümlədən xəbərdarlıqlar və demonetizasiya tətbiq edib. Xəbərdarlıqlar müəlliflərə kontentlərinin qaydalara zidd ola biləcəyini anlamağa və düzəliş etməyə imkan yaradır. Əgər qayda pozuntuları davam edərsə, TikTok müəllifin birbaşa yayımlarda monetizasiya funksiyasına müvəqqəti girişini məhdudlaşdıra bilər. Şəffaflığın artırılması istiqamətində atılan addımlar çərçivəsində platforma bu məlumatları gələcəkdə birbaşa yayımların təhlükəsizliyinə dair hesabatlarda da əks etdirəcək.

TikTok haqqında
TikTok aparıcı qısa video tətbiqidir. Bizim missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.


 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Novak: Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırdır
18:10 27.10.2026
Novak: Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırdır
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
17:55 27.10.2026
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol
17:51 27.10.2026
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTOLAR
17:51 27.10.2026
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTOLAR
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu
17:48 27.10.2026
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu
Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir
17:44 27.10.2026
Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir
Baş Prokurorluğu və DİN-dən birgə məlumat: Siyəzəndə ağır cinayətin üstü açıldı
17:41 27.10.2026
Baş Prokurorluğu və DİN-dən birgə məlumat: Siyəzəndə ağır cinayətin üstü açıldı
Havaların soyuması ailə büdcəsinə necə təsir edir?
17:40 27.10.2026
Havaların soyuması ailə büdcəsinə necə təsir edir?
Qətərdən İrana çağırış: Təhdidləri dayandırın, Hörmüz boğazını açın
17:39 27.10.2026
Qətərdən İrana çağırış: Təhdidləri dayandırın, Hörmüz boğazını açın
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
17:34 27.10.2026
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi
17:25 27.10.2026
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika
17:22 27.10.2026
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika
Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...
17:13 27.10.2026
Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...
Sürücünün telefondan istifadəsi videokameralar vasitəsilə də qeydə alınacaq
17:08 27.10.2026
Sürücünün telefondan istifadəsi videokameralar vasitəsilə də qeydə alınacaq
Evlilikdə ən uyğun bürclər açıqlandı - Bu cütlüklər bir-biri üçün yaranıb
17:04 27.10.2026
Evlilikdə ən uyğun bürclər açıqlandı - Bu cütlüklər bir-biri üçün yaranıb
Telefon köşkləri, məktub qutuları…: Şəhərin unudulan xidmətləri
16:52 27.10.2026
Telefon köşkləri, məktub qutuları…: Şəhərin unudulan xidmətləri